Baş səhifə İqtisadi Xəbərlər Layihələr Lisenziyalar Mediada Biz Sertifikatlar Uğurlarımız Video
Azərbaycanda pul kütləsində böyük artım - RƏSMİ MƏLUMAT
Bölmə:İqtisadi Xəbərlər

Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2018-ci ilin oktyabrın 1-nə 23 mlrd. 146,4 mln. manat təşkil edib. 

Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2 mlrd. 12,7 mln. manat və ya 9,52% çoxdur.

Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, təkcə 2018-ci ilin avqust ayı ilə müqayisədə sentyabrda pul kütləsi (M3 aqreqatı) 714,8 mln. manat və ya 3,2% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Bəs, pul kütləsinin artmasının səbəbi nə ola bilər? 

Bununla bağlı elə Mərkəzi Bankın özünün açıqlaması isə belədir ki, pul kütləsinin kəskin artımı dövlət büdcəsi xərclərinin sürətlə çoxalması ilə bağlı tələbin genişlənməsindən, xarici ticarət balansında iri həcmli müsbət saldonun əmələ gəlməsi ilə bağlı daxili iqtisadiyyata xarici pul daxilolmalarından, ölkəyə irihəcmli kapital axınlarından, Mərkəzi Bank tərəfindən yumşaq pul siyasətinin yeridilməsi nəticəsində iqtisadiyyatda pula tələbin artmasından qaynaqlana bilər.