Baş səhifə İqtisadi Xəbərlər Layihələr Lisenziyalar Mediada Biz Sertifikatlar Uğurlarımız Video
ERMƏNİSTAN QARABAĞIN DAŞ KÖMÜR YATAQLARINI TALAMAĞA HAZIRLAŞIR
Bölmə:İqtisadi Xəbərlər

Serj Sərkisyan Ağdərə yataqlarından daş kömür filizini çıxarıb İrəvanda istilik elektrik stansiyasında yandırmaq tapşırığı verib, işğal altındakı Azərbaycan ərazilərində sərvətlərin talan edilməsi bütün dünyanın gözü qarşısında baş verir

Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə (“Arminfo”) bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir. Nazir deyib ki, iki il əvvəl İrəvan İES-in yeni, müasir enerji bloku istifadəyə verilib.