Baş səhifə İqtisadi Xəbərlər Layihələr Lisenziyalar Mediada Biz Sertifikatlar Uğurlarımız Video
Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl
Bölmə:İqtisadi Xəbərlər

Strategiya.az saytı Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökümətinin mənfəət payı olan 4900,0 troy unsiya (152,4 kloqram) miqdarında növbəti partiya qızıl külçələri 19 sentyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.

Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan 16512,9 troy unsiya (513,6 kloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib. Ümumilikdə, bu günki tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 21413,4 troy unsiyaya (666,0 kloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 37,9 milyon ABŞ dolları təşkil edir.