Baş səhifə İqtisadi Xəbərlər Layihələr Lisenziyalar Mediada Biz Sertifikatlar Uğurlarımız Video
İtaliya TAP-ın tikintisinə “yaşıl işıq” yandırdı
Bölmə:İqtisadi Xəbərlər

İtaliyanın baş naziri Cüzeppe Konte Trans Adriatik boru kəmərinin (TAP) tikintisi üçün “yaşıl işıq” yandırıb.

Bu barədə “Reuters” məlumat yayıb. 

“Əvvəlki hökumət tərəfindən planlaşdırılan və özündə bir sıra öhdəliklər daşıyan bu layihəyə artıq müdaxilə etmək mümkün deyil”, - Konte deyib.

Baş nazir əlavə edib ki, qaz kəmərinin tikintisinə mane olmaq İtaliyaya “on milyardlarla avro”ya başa gələ bilər.

Qeyd edək ki, ümumi dəyəri 4,5 milyard avro olan TAP layihəsi Cənub Qaz Dəhlizinin bir hissəsidir və TANAP layihəsi ilə Türkiyə-Yunanıstan sərhədində birləşəcək. 

Layihə çərçivəsində ilkin olaraq ildə 10 milyard kubmetr qazın hasil olunması planlaşdırılır. Layihənin 2020-ci ildə yekunlaşdırılması və elə həmin ildə də ilk Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur.