Baş səhifə İqtisadi Xəbərlər Layihələr Lisenziyalar Mediada Biz Sertifikatlar Uğurlarımız Video
Avropa Enerji Birjası ilə Türkiyə enerji birjasının yaradılması barədə saziş imzalanıb
Bölmə:İqtisadi Xəbərlər

Türkiyənin elektrik enerjisinin verilməsi üzrə dövlət şirkəti TEİAŞ iyulun 5-də Avropa Enerji Birjası ilə Türkiyə enerji birjasının yaradılması barədə saziş imzalayıb. Bu barədə Trend cümə günü “Anadolu” agentliyinə istinadən məlumat verir.

İmzalanma mərasimində çıxış edən enerji və təbii ehtiyatlar nazirini müavini Mətin Kilci Asiya və Avropa arasında körpü rolunu oynayan bir ölkə kimi Türkiyədə enerji birjasının yaradılmasının vacibliyini qeyd edib.

Birjanın yaradılması və digər təfərrüatlar Avropa Enerji Birjası və Türkiyə Energetika Nazirliyi nümayəndələrinin sonrakı görüşlərində müzakirə olunacaq.